Avq
2020
10:27
10
124
2536
Virtual karabakh

Güclü yağış Mingəçevirdə sürüşməyə səbəb oldu - VİDEO

8 Avq, 2020
10:27
2536

Güclü yağış Mingəçevirdə sürüşməyə səbəb oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddət davam edən quraqlıq, ardından yağan güclü yağış Mingəçevirdə sürüşməyə səbəb olub. Təbiət hadisəsi şəhərin “Turbaza”, yəni turist bazası adlanan ərazisində, hazırda məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib.

Baku TV xəbər verir ki, sürüşmə zamanı iki iri gövdəli şam ağacı kökündən qopub. Bir neçə yaşayış evi təhlükəli vəziyyətə düşüb, toyuq-cücə məhv olub.

Ərazidə yaşayanlar bildirib ki, güclü yağış yağarkən evlərin özülünü yuyur, bu zaman titrəyiş, vahiməli səslər də eşidilir.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan “Turbaza” sakinləri yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, iri gövdəli ağacların aşması burada həyəcanı daha da artırır. 

Sakinlər bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, məsələnin həlli gecikir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri