Avq
2020
11:48
110
79
3523
Virtual karabakh

Nazir müavini: “Kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq olunub”

8 Avq, 2020
11:48
3523

Nazir müavini: “Kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq olunub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi ilə bağlı qərar verilib. Bu qərara görə, vergi ödəyicilərinə və onların sayına uyğun olaraq, aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq edilib:

“Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür, təkliflər dinlənilir. Bizneslərə dəstək göstərilməsi və açılması istiqamətində məsələlər də müzakirə olunub.

Hazırda hökumət biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparır. Ardıcıl olaraq qərarların verilməsi gözlənilir”.

“İlkin olaraq daha az insanların toplaşdığı yerlərin açılmasına qərar verilib”, - deyə, o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri