Avq
2020
12:46
187
26
5085
Virtual karabakh

İmişlidə dələduzluq edən qadın saxlanılıb - FOTO

8 Avq, 2020
12:46
5085

İmişlidə dələduzluq edən qadın saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən İmişli rayon sakini Sevda Quliyeva saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Sevda Quliyeva İmişli rayonunda yaşayan sakinlərə qarşı dələduzluq edərək, onları müxtəlif bəhanələrlə aldadıb, bununla da ayrı-ayrı vətəndaşlara 90 000 manatdan artıq məbləğdə ziyan vurub.

S.Quliyevanın analoji başqa cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri