Avq
2020
17:06
218
24
3057
Virtual karabakh

Mal bazarında avtomobil oğurlayan şəxs ələ keçdi

8 Avq, 2020
17:06
3057

Mal bazarında avtomobil oğurlayan şəxs ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Q. Həsənli saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri