9 
Avq
2020
09:21
610
95
17674
yuxarı
Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
9 Avq, 2020
09:21
17674
610
95
Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
Bakıda polisə soyuq silahla xəsarət yetirilib.
Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.
Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək