10 
Avq
2020
10:15
188
30
1425
Virtual karabakh

Oğuzda üç tondan artıq çətənə kolu yandırıldı - FOTO/VİDEO

10 Avq, 2020
10:15
1425

Oğuzda üç tondan artıq çətənə kolu yandırıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 180 kiloqram olan 2 650 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri