10 
Avq
2020
12:00
68
11
3085
Virtual karabakh

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avq, 2020
12:00
3085

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək.

Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri