10 
Avq
2020
16:24
29
316
7812
Virtual karabakh

Xəzərdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB + VİDEO

10 Avq, 2020
16:24
7812

Xəzərdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dənizdə batan şəxsin meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Rasim Ağamirzəyevin meyiti batdığı yerdən 200 metr kənarda Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupunun əməkdaşları tərəfindən tapılıb. 

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

15:29

Dənizdə bir nəfər batıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Abşeron rayonunda, Novxanı çimərliyində baş verib.

Dənizdə çimən zaman üç dostdan biri batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, o, xidmətin xilasetmə məntəqəsindən bir kilometr aralıda nəzarətsiz ərazidə batıb.

Hazırda xidmətin dalğıc qrupu əraziyə cəlb edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri