10 
Avq
2020
16:22
67
373
4732
Virtual karabakh

Qaxa istirahətə gedən doqquz nəfər cərimələndi - VİDEO

10 Avq, 2020
16:22
4732

Qaxa istirahətə gedən doqquz nəfər cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə  gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.

Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub. Şənbə və bazar günləri ərzində ümumilikdə doqquz nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri