11 
Avq
2020
09:13
112
161
8069
Virtual karabakh

Azərbaycanda sərt karantində ad günü keçirdilər - FOTO/VİDEO

11 Avq, 2020
09:13
8069

Azərbaycanda sərt karantində ad günü keçirdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, avqust ayının 10-da RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasiminin keçirliməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimi dayandırıb, iştirakçılar saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq, nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb ki, onlardan 10 nəfər rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub.

Bundan başqa, görülən tədbirlər nəticəsində rayon ərazisində bir nişan və bir toy mərasiminin qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri