11 
Avq
2020
11:55
75
127
12218
Virtual karabakh

Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO

11 Avq, 2020
11:55
12218

Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, həmin vəzifəyə Murad Həşimov təyin olunub. 

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. 

Murad Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib.

Son təyinata qədər isə ARB TV-də “Yaşamaq gözəldir” və “Günə doğru” proqramlarının aparıcısı olub. 

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri