11 
Avq
2020
12:25
74
308
10901
Virtual karabakh

Polis və Daxili Qoşunların əməkdaşları Bakı küçələrində - FOTO/VİDEO

11 Avq, 2020
12:25
10901

Polis və Daxili Qoşunların əməkdaşları Bakı küçələrində - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların (DQ) hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, COVID-19 pandemiyasının təhlükələri, virusdan qorunma yolları haqqında məlumatlar verirlər.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri