11 
Avq
2020
15:44
219
27
2951
Virtual karabakh

1220 manat dəyərində iki ədəd velosiped oğurlayan şəxs tutulub - VİDEO

11 Avq, 2020
15:44
2951

1220 manat dəyərində iki ədəd velosiped oğurlayan şəxs tutulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yeni tikilən binaların dəhlizlərində velosiped oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qulu Quliyev küçəsi, 41 və Ceyhun Səlimov küçəsi, 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib.

Həmçinin Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı tanışından 700 manata aldığını bildirib.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri