11 
Avq
2020
17:35
36
217
6490
Virtual karabakh

Çimərliklərdə reydlər nələri üzə çıxardı? - FOTO

11 Avq, 2020
17:35
6490

Çimərliklərdə reydlər nələri üzə çıxardı? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumat verildiyi kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Bununla əlaqədar Bakı və paytaxt rayonların icra hakimiyyətləri və struktur bölmələri tərəfindən aidiyyəti qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun olaraq vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür. 

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan beş nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanmış, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin “Şıx” çımərlik zonasındakı özəl çimərliklərdən birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıların həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək, İXM-nin müvafiq maddəsinə əsasən, cərimə edilib. 

Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də, karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ciddi ölçü götürüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri