11 
Avq
2020
18:10
113
25
2033
Virtual karabakh

Vyana Texnologiyalar Universiteti Bakıda magistr proqramına müsabiqə elan edib

11 Avq, 2020
18:10
2033

Vyana Texnologiyalar Universiteti Bakıda magistr proqramına müsabiqə elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyana Texnologiyalar Universiteti Bakıda ilk magistr proqramına müsabiqə elan edib. Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar.

Xarici universitetlərin yüksək səviyyəli ixtisaslarına yiyələnmək indi daha asan oldu. Avropa qitəsinin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin “Mühəndisliyin idarə edilməsi” (“Engineering Managment”) adlı magistr proqramı müasir əmək bazarının tələbatlarına uyğun daim yenilənən kontenti ilə cari ilin noyabr ayından etibarən Bakıda fəaliyyət göstərəcək.

Bu magistr proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edə, bundan əlavə təhsil müddətində Avropa Universitetlərinin tələbələrinə şamil olunan imkanlardan yararlana biləcəklər. Belə ki, təhsil müddətində tələbələr Avstriyada yaşamaq hüququnu alır, universitet kampusundan, kitabxanasından faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur və s.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonunda keçirilən 13 modul üzrə paylanıb. Beləliklə, 11 modul Bakıda, iki birləşmiş modul isə Vyana şəhərində tədris olunacaq. Təhsil müddəti üç semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaq. Proqrama hər hansı bir sahədə bakalavr dərəcəsi olan namizədlər müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq və təhsil haqqı 11.500 avro səviyyəsində hesablanacaq. Qeyd edək ki, Vyanada bu proqramın təhsil haqqı 19.900 avro təşkil edir. 

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün 31 avqust 2020 il tarixinədək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir. 

Qəbul üçün tələb olunan sənədlərin siyahısı ilə http://tuwien.at/baku-track linkə keçid edərkən tanış olmaq olar. Proqram keyfiyyətinə nəzarət məqsədilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb.

Odur ki, müraciət üçün tələsin, yerlər məhduddur!

Əlavə məlumat üçün: www.azerobotics.com/embaku/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri