12 
Avq
2020
01:41
10
166
1294
Virtual karabakh

Qəbələdə avtomobil yeniyetməni xəstəxanalıq etdi

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Xəlilli Fərrux Radil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri