12 
Avq
2020
09:06
134
12
4044
Virtual karabakh

Azərbaycanda yol tikintisi 20 əsrlik abidələri üzə çıxardı - VİDEO

12 Avq, 2020
09:06
4044

Azərbaycanda yol tikintisi 20 əsrlik abidələri üzə çıxardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixli sərəncamına əsasən, İsmayıllı rayonu ərazisində avtomobil yolunun tikintisinə başlanılıb. 

Baku TV xəbər verir ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı böyük daş parçaları ağır texnikanın hərəkətinə mane olub.

Ortaya çıxan tikili isə hər kəsin marağına səbəb olub. Kərpic tikililər və hörgülər tapılan tarixi abidənin əsasını təşkil edir.

Kənd sakini Əlikram İsmayılov Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələrinə məlumat verib. Aidiyyəti qurum üzvləri əraziyə və tarixi tapıntılara baxış keçirib.

Əraziyə ilkin baxış zamanı antik dövrə aid xeyli sayda dulusçuluq qabları və bəzək əşyaları tapılıb. Aşkarlanan maddi mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazıların olduğu bildirilib.

Bundan əlavə, eramızın I-III əsrlərinə aid dolça, su qabları, boşqablar və bir neçə lampa, xeyli sayda bəzək nümunələri aşkarlanıb. Eyni zamanda, ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb.

Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, tarixi tapıntılarla yerindəcə tanış olub.

Kürdüvanın da daxil olduğu Basqal inzibati ərazi dairəsində yeddi məscidin olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, onlardan biri əvvəllər məhz bu ərazidə yerləşib.

Artıq nadir tapıntıların aşkarlandığı yerdə tikinti işləri dayandırılıb, oraya aparan yollar xüsusi lentlə bağlanıb. Polis əməkdaşları tərəfindən ərazinin mühafizəsi təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri