12 
Avq
2020
11:13
175
18
3456
Virtual karabakh

Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO

12 Avq, 2020
11:13
3456

Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunun Alar kənd sakini həyətyanı sahədə təsərrüfat quyusu qazarkən maraqlı mənzərə ilə qarşılaşıb.

Baku TV xəbər verir ki, qazıntı aparılan ərazidə tarixi mədəniyyət nümunələri aşkarlanıb.

Tapıntılar rayon sakini Afəddin Mirzəyevə məxsus həyətyanı sahədə aşkar olunub. Tarixi qalıqlar, əsasən, təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir.

Məlumata görə, XI-XII əsrə aid olduğu ehtimal edilən kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə olunub.

Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir. Bu tip tapıntıların aşkarlanması orta əsrlərdə bu ərazidə dulusçuluq sənətinin yüksək səviyyədə inkişafından xəbər verir.

Mütəxəssislərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər. Çünki bu ərazilər uzun müddət bataqlıqlardan ibarət olduğundan, fasiləsiz həyatın uzun zaman davam etməsi mümkünsüz görünür. Mövcud tapıntının araşdırılması isə orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər.

Qeyd edək ki, tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri