12 
Avq
2020
14:35
26
182
3998
Virtual karabakh

Qədim Gəncənin başladığı yer taleyin ümidinə tərk edilib - VİDEO

12 Avq, 2020
14:35
3998

Qədim Gəncənin başladığı yer taleyin ümidinə tərk edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qədim Gəncə məhz burada - hazırda şəhərin İmamzadə türbəsi yaxınlığında yerləşən ərazidə salınıb. Tarixi faktlara görə, V əsrin əvvələrindən XVI əsrin sonlarına kimi Gəncə bir şəhər kimi bu ərazilərdə yerləşib.

Qədim Gəncə şəhərinin tarixini özündə birləşdirən ərazilər hazırda Mədəniyyət Nazirliyinin tabeliyində olan Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun balansındadır. 

Ümumi sahəsi 1482 hektar olan ərazi ilk dəfə 1988-ci ildə qoruq elan edilib. 2019-cu ildə qoruğun fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə sərəncam imzalanıb. Bu müddət ərzində tarixi əsərlərdə Qədim Gəncə kimi tanınan bu ərazilərdə tədqiqatlar aparılıb. Araşdırmalarla buradan 300-dən çox müxtəlif eksponatlar tapılıb. 

Qoruğun yaradılmasında əsas məqsəd tarixi ərazilərin qorunmasını təmin etmək, lazımi tədqiqat işlərini davam etdirmək olub. Lakin görünən odur ki, bu gün nə araşdırmalar aparılır, nə də ərazi qorunur. Tarixi məkanda zibil topaları, antisanitar vəziyyət hökm sürür. 

Mədəniyyət Nazirliyinin rəsmisi Gülnarə İsmayılovanın sözlərinə görə, mövcud durumdan məlumatlıdırlar. Üstəlik, xoşagəlməz halın aradan qaldırılması üçün dəfələrlə aidiyyəti orqanlara da məlumat verilib. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri