12 
Avq
2020
11:59
142
19
1960
Virtual karabakh

Narkotik becərən şəxs “iş başında” tutuldu - FOTO

12 Avq, 2020
11:59
1960

Narkotik becərən şəxs “iş başında” tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sitalçay kənd sakini Dadaş Rüstəmov həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkilərini dərən zaman “iş başında” yaxalanıb.

Hal şahidlərinin iştirakı ilə D.Rüstəmov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çəkisi 8 kiloqram 150 qram olan beş ədəd çətənə bitkisi maddi sübut kimi götürülərək ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı D.Rüstəmov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri