12 
Avq
2020
13:16
54
254
4689
Virtual karabakh

Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər - VİDEO

12 Avq, 2020
13:16
4689

Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər.

Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını  pozduqları aşkar edilib.

Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri