12 
Avq
2020
12:56
49
162
2105
Virtual karabakh

Salyanda karantin qaydalarını pozanlar cərimələndi - VIDEO

12 Avq, 2020
12:56
2105

Salyanda karantin qaydalarını pozanlar cərimələndi - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polislər tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Salyan rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri