13 
Avq
2020
11:01
194
16
1243
Virtual karabakh

Ağac kəsən şəxs cəzalandırıldı

13 Avq, 2020
11:01
1243

Ağac kəsən şəxs cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayonda üç sərv ağacının kəsildiyi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2 040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri