13 
Avq
2020
14:40
7
161
1813
Virtual karabakh

Bakıda zibil atmaq üçün “gediləsi uzun bir yol” - VİDEO

13 Avq, 2020
14:40
1813

Bakıda zibil atmaq üçün “gediləsi uzun bir yol” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki zibilliklərdən şikayətçidirlər. 

Baku TV xəbər verir ki, bəzi yerlərdə zibil qutularının az olması, bəzi yerlərdə isə, ümumiyyətlə, olmaması, küçə boyu kiçik zibilliklərin yaranmasına səbəb olur. 

Sakinlər deyir ki, zibilləri atmaq üçün xeyli məsafə qət etmək məcburiyyətində qalırlar. 

Problemlə bağlı Xəzər rayonunun Türkan qəsəbəsi üzrə icra nümayəndəliyindən Baku TV-yə bildirilib ki, mövcud vəziyyətdən xəbərləri var:

“Yaxın günlərdə zibil qutularının az olduğu ərazilərə yeni konteynerlər yerləşdiriləcək. Bu qablar məişət tullantıları üçündür. İnsanlar isə ora qum, daş, kəsək atır. Sakinlərdən xahiş edirik ki, zibillərini qablara atsınlar, yerə, küçəyə yox. Yeni qablarımız da gətirilib. Hamısı tezliklə qutuların az olduğu ərazilərə yerləşdiriləcək.” 

Zibillik və üfunət insanların müxtəlif xüsusiyyətli xəstəliklərə tutulmasına yol açır. Bu səbəbdən də küçələrdə, evlərin qarşısında zibilliklərin olmaması üçün tezliklə lazımi tədbirlərin görülməsi vacibdir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri