13 
Avq
2020
14:11
200
23
2248
Virtual karabakh

“Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi - VIDEO

13 Avq, 2020
14:11
2248

“Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizalar nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən, Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri