13 
Avq
2020
14:48
328
80
4863
Virtual karabakh

Xəzərdə boğulma təhlükəsi yaşayan iki nəfər polislər tərəfindən xilas edildi - FOTO

13 Avq, 2020
14:48
4863

Xəzərdə boğulma təhlükəsi yaşayan iki nəfər polislər tərəfindən xilas edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçik serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək, boğulmaq təhlükəsi ilə üzləşən iki nəfərin həyatını xilas ediblər.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşları, paytaxt sakinləri Faiq Seyidəhmədov və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar.

Həyatlarını təhlükə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaq üzrə olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas olunub.

Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri