13 
Avq
2020
17:27
420
58
5981
Virtual karabakh

Avqustun ortalarında hava sərin keçəcək

13 Avq, 2020
17:27
5981

Avqustun ortalarında hava sərin keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqust ayının ortalarında hava sərin keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqust ayı yay fəslinin ən isti ayıdır.

Xüsusən son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız bir dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur beş gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda  hava arabir yağışlı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri