13 
Avq
2020
16:28
78
327
4839
Virtual karabakh

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

13 Avq, 2020
16:28
4839

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə növbəti tədbir keçirib.

Baku TV xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinə şəhər ərazisində xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıb. Mərasim dayandırılıb və oradakı 11 nəfər polis şöbəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub, saxlanılanların bəzilərinə isə xəbərdarlıq edilib.

Saxlanılan şəxslərlə profilaktiki söhbətlər aparılaraq onlara karantin rejiminin qaydaları bir daha izah olunub. Mərasimdə iştirak edən qadınlara yığıncaq yerində şifahi xəbərdarlıq edilib.

Mərasimin səbəbkarı olan bəy barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) protokol yazılaraq, material məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri