14 
Avq
2020
14:12
66
224
5756
Virtual karabakh

Gizli nişan mərasimi keçirmək istəyənlər tutuldu - FOTO

14 Avq, 2020
14:12
5756

Gizli nişan mərasimi keçirmək istəyənlər tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərindən birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək, nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq, rayon Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək, övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) üzrə 200 manat məbləğində cərimə edilib.

Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri