14 
Avq
2020
15:30
147
56
3887
Virtual karabakh

Bakıda karantin rejimi qaydalarını pozaraq, fəaliyyət göstərən uşaq bağçası aşkarlandı - FOTO

14 Avq, 2020
15:30
3887

Bakıda karantin rejimi qaydalarını pozaraq, fəaliyyət göstərən uşaq bağçası aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud surətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzildə 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o cərimələnib.

Qeyd edək ki, övladlarının sağlamlıqlarını riskə atan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və cərimə yazılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri