15 
Avq
2020
04:00
178
175
10541
Virtual karabakh

Rusiyada azərbaycanlı “qanuni oğru”ya cinayət işi açıldı

15 Avq, 2020
04:00
10541

Rusiyada azərbaycanlı “qanuni oğru”ya cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva şəhərində Rəşad Gəncinski kimi tanınan “qanuni oğru” Rəşad İsmayılova qarşı cinayət işi başlanılıb.

REN TV xəbər verir ki, istintaq zamanı 2013-cü ildə Moskvada onun Ded Xasanın klanının nümayəndələri tərəfindən oğrular toplantısında “taclandırılması” məlum olub.

2015-ci ildə Moskva şəhərinə “polojenets” təyin edilən həmin şəxs paytaxtda fəaliyyət göstərən cinayətkar qruplara və Moskva bazarlarına nəzarət edib, cinayətkarlar arasında yaranan münaqişəli məsələləri həll edib.

Qeyd edək ki, Rusiyada Gəncinskiyə qarşı cinayət işinin başlanması onun Belarusda sərbəst buraxılması vaxtına təsadüf edib. Avqustun 10-da bildirilib ki, Belarus Respublikası Ali Məhkəməsi 42 yaşlı qanuni oğrunun vaxtından əvvəl azadlığa çıxmasına qərar verib.

Rəşad Gəncinski onun yüksək statusunu şübhə altına alan belaruslu qanuni oğru Aleksandr Kuşnerovla (Saşa Kuşner) silahlı münaqişə üçün Minskə gedib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Rəşad saxta sənədlərdən istifadə etməkdə və Belarus dövlət sərhədi boyunca silah qaçaqmalçılığında günahkar bilinərək 10 il azadlıqdan məhrum edilib.

Avqustun 7-də Ali məhkəmə məhkumun kassasiya şikayətinə baxıb.

Nəticədə İsmayılova yeni cəza tətbiq edilərkən, onun məhkum olduğu müddətlə məhdudlaşması barədə qərar qəbul edilib.

Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzası 10 ildən səkkiz il üç ay müddətinə endiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri