14 
Avq
2020
21:22
20
353
7275
Virtual karabakh

Günəşlidəki binanın sayı artan mərtəbələrinin taleyi necə olacaq? - VİDEO

14 Avq, 2020
21:22
7275

Günəşlidəki binanın sayı artan mərtəbələrinin taleyi necə olacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Faktiki yaşayış olan 15 mərtəbəli binanın üzərində əlavə tikilən iki mərtəbə barəsində yəqin ki, xəbəriniz var.

Uzun müddətdir ki, həllini tapmayan bu problem paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” massivi ünvanındadır.

Yaranan vəziyyət elə bina sakinlərini də təşvişə salıb. Onlar deyir ki, bu saatdan sonra əlavə tikilinin sökülməsi binaya və onların mənzillərinə zərər verəcək.

Tikintini həyata keçirən “ARKO MMC” tikinti şirkətindən Baku TV-yə bildirilib ki, əlavə iki mərtəbəni vaxtilə müəyyən dövlət qurumlarının icazəsi ilə tikiblər. İndi sökülməsi isə ziyan-zərərdən başqa bir şey deyil. Ancaq yenidən qərar çıxsa ki, sökülməlidir, buna da etiraz etməyəcəklər.

Şirkətin direktoru ərazidə gedən tikinti işlərinə aydınlıq gətirməyi də unutmayıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən Baku TV-yə binanın lisenziyası olan təşkilatı tərəfindən söküləcəyi və izolyasiya tədbirlərinin görüləcəyi bildirilib. Həmçinin, əlavə tikilən iki mərtəbə tam söküldükdən sonra isə dam örtüyü vurulacaq.

Məsələ ilə bağlı FHN-nin rəsmisi Elxan Əsədov bildirib ki, bina 2008-ci ildən bəri sakinlərin istifadəsinə verilsə də, istismarına dövlət tərəfindən rəsmi icazə verilməyib. Kooperativin rəhbərliyi tərəfindən binanın üzərində daha iki mərtəbənin qanunsuz tikintisi başlayıb.

Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Tikinti və şəhərsalma” Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq, tikinti işlərinin saxlanılması və bir il müddətində qanunsuz tikintinin qanuniləşdirilməsi, müvafiq sənədlərin təqdim edilməsi barədə tapşırıq verilib.

Bu tapşırığın icrası qanunla məcburi olsa da, uzun müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi tərəfindən bu günədək Fövqəladə Hallar Nazirliyinə və digər icazə verən qurumlara heç bir icazəverici sənəd təqdim olunmayıb. Məhz bu səbəbdən dərhal binanın üzərində qanunsuz tikilən iki mərtəbənin söküntüsünə başlanılmasına qərar verilib.

Söküntünü bu cür tikililərin sökülməsi üçün xüsusi təcrübəsi olan şirkət cəlb olunacaq.  Sonda onu da qeyd edək ki, zərərçəkən sakinlər üçün dəyişən heçnə olmadı.

Sakinlər tikinti zamanı çəkdikləri əzab əziyyətin bir o qədərini də, söküntü prosesində yaşayacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri