15 
Avq
2020
09:27
29
91
3418
Virtual karabakh

Sumqayıtda oğurlanan lüks avtomobil Abşeronda tapıldı

15 Avq, 2020
09:27
3418

Sumqayıtda oğurlanan lüks avtomobil Abşeronda tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində binanın qarşısında avtomobil oğurlanıb.

Oxu.Az xəbər verir ki, hadisə avqustun 9-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 8-in qarşısında baş verib.

Şəhər sakini Mirzəyev Ramin Firudin oğlu Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək, yaşadığı ünvandan “Audi A6” markalı avtomobilinin oğurlanması ilə bağlı məlumat verib.

Bu gün gecə saatlarında Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin Baş inspektoru Əli Cavadov və polis serjantı Arif Allahverdiyev oğurlanan avtomobili xidməti ərazidə aşkarlayıb. 

Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə nəqliyyat vasitəsini oğurlayan şəxs saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Avtomobil isə sahibinə qaytarılıb.

Araşdırmalar nəticəsində oğurluğu törədən şəxsin 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri