Sen
2020
11:13
244
81
2085
Virtual karabakh

İsraildə 10 avtomobildən beşi Azərbaycan neftinin tədarükü sayəsində yanacaqla təmin olunur - MÜSAHİBƏ

“İsrail və Azərbaycan enerji sektorunda sıx əməkdaşlıq edir. Azərbaycan neftini satın almağımız ölkəmiz üçün böyük bir nemətdir. Neft tədarükçümüzün olduğunu anlamaq çox vacibdir. Uzun onilliklər ərzində bu funksiyanı İran icra edib: İsrailin 100% İran nefti ilə təmin olunduğu dövrlər olub (1979-cu ilə qədər - red.). İndi yerli mənbələrə görə Azərbaycan nefti İsrailin ehtiyacının 40-50 faizini təmin edir”.

Bunu Media.Az-a müsahibəsində tanınmış israilli şərqşünas, Qüdsdəki Yəhudi Universitetinin əməkdaşı Vladimir Mesamed deyib.

Həmsöhbətin sözlərinə görə, Azərbaycan heç bir siyasi şərt qoymayan özünə inamlı bir təchizatçıdır:

“İsraildə son 15-20 ildə bu barədə çox yazılıb. Azərbaycanlı iş adamlarından biri keçən il Tel-Əvivdə keçirilən iqtisadi forum zamanı İsraildəki 10 avtomobildən beşinin Azərbaycan neftinin tədarükü sayəsində yanacaqla təmin olunduğunu söylədi. Bizim üçün, təkrar edirəm, bu, çox vacibdir”. 

“İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, əminik ki, Bakıya arxalana bilərik. Azərbaycana İsrail silahları çatdırılır ki, bu da bəzi ölkələrin, məsələn, Ermənistanın tənqidinə səbəb olur, lakin burada beynəlxalq hüquq pozuntusu yoxdur, bütün silah sövdələşmələri hüquqi yolla bağlanır”, - deyə Vladimir Mesamed vurğulayıb.

Ekspert, İsrail dövlət KİV-lərinin xəbər verdiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) satışa çıxarılan “Aşdod” neft emalı zavodunu almaqda maraqlı olması ilə bağlı xəbərlərə də münasibət bildirib:

“İsrail bəzi müəssisələri özəlləşməyə çıxararkən həmişə nəticələri barədə düşünür, müqavilələrə müəyyən şərtlər qoyulur. Bu səbəbdən biz, məsələn, SOCAR-ın inhisarçıya çevriləcəyi məsələsində narahat deyilik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri