Sen
2020
21:00
96
75
2210
Virtual karabakh

Ağstafanın Köhnə Qışlaq kəndində top mərmiləri tapıldı - FOTO

6 Sen, 2020
21:00
2210

Ağstafanın Köhnə Qışlaq kəndində top mərmiləri tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il 6 Sentyabr tarixində saat 12:31-də Dövlət Sərhəd Xidmətindən ANAMA-ya Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində yeddi ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yeddi ədəd müxtəlif çaplı top mərmiləri aşkar olunub. Aşkar olunmuş mərmilərdən altı ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, bir ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmayıb və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Top mərmilərinin ətrafında 400 kv.m əraziyə yerüstü, 45 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri