14 
Sen
2020
10:56
155
33
3644
Virtual karabakh

Qubanın Aydınkənd kəndində cəmi yeddi ailə yaşayır - VİDEO

Qədim türk eli kimi tanınan Qubanın Aydınkənd kəndi uca dağların ətəyində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Kənddə əvvəllər 200-ə yaxın ev olsa da, hazırda burada yeddi ailə yaşayır. 

Baku TV mövzu ilə bağlı reportaj hazırlayıb. 

Kənddə diqqətçəkən məqamlardan biri burada yaşayanların sağlam və uzunömürlü olmasıdır. Təmiz dağ havası, bulaq suyu, təbii qidalar insan ömrünün həqiqətən cövhəridir. Kəndin qarşısında isə böyük bir qəbiristanlıq var. Həmin qəbirlərdə tarixi qəbir daşlarına rast gəlinir. 
Kənd rayon mərkəzindən 47 kilometr aralıda yerləşir.

Yolun 41 kilometr məsafəsi asfalt olduğundan Xırt kəndinə kimi istənilən avtomobillə asanlıqla getmək mümkündür. Amma yolun Xırt kəndindən Aydınkəndə qədər olan hissəsinin enişli və yoxuşlu yollarında “UAZ” və “NİVA“ markalı avtomobillərlə hərəkət etmək olur. 

Qeyd edək ki, kənd hazırda dövlət başçısının sərəncamı ilə çəkilən Quba-Qonaqkənd avtomobil yolunun təxminən 4 kilometrliyində yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri