16 
Sen
2020
15:34
26
369
17789
Virtual karabakh

Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı açıqlama - YENİLƏNİB + VİDEO

16 Sen, 2020
15:34
17789

Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı açıqlama - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.

Bununla bağlı Nazirlik Oxu.Az-ın sorğusunu cavablandırıb:

“Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”.

İlhamə Əbülfət

10:22

Dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman bir nəfər huşunu itirib və pilləkənlərdən yıxılıb.

Bu barədə YPX.az-ın qaynar xəttinə videogörüntü göndərilib.

Bildirilib ki, hadisənin harada qeydə alındığı məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri