16 
Sen
2020
12:37
169
22
2845
Virtual karabakh

Zaqatalada zavoddan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb - FOTO

16 Sen, 2020
12:37
2845

Zaqatalada zavoddan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən, MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə iki nəfər naməlum şəxsin oğurluğa girdikləri barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məlum olub ki, oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyü zaman oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə atıb, qaçaraq oradan uzaqlaşıblar.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri - əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri