16 
Sen
2020
16:14
21
83
1472
Virtual karabakh

Xarici valyutada әmanәtlәrin həcmi azalıb

16 Sen, 2020
16:14
1472

Xarici valyutada әmanәtlәrin həcmi azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mәrkәzi Bankın mәlumatına görә, 2020-ci il avqust ayının 1-nә әhalinin banklardakı әmanәtlәrinin milli valyuta ekvivalentindә mәblәği iyul ayı әrzindә 67,8 milyon manat artıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, әhalinin banklardakı әmanәtlәrinin mәblәği 7 milyard 774,2 milyon manat tәşkil edib.

Әmanәtlәrin 52,6 faizi xarici, 47,4 faizi isә milli valyutada  qoyulub. Milli valyutada olan әmanәtlәr ötәn ilin müvafiq dövrünә nisbәtәn 1,6 faiz, xarici valyutada әmanәtlәr isә 15,4 faiz azalıb.  

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbәtdә orta mәzәnnәsi 1,70 (ilin әvvәlindәn 1,70) manata, 1 Avroya 2,01 (1,90) manata, 100 Rusiya rubluna 2,31 (2,43) manata bәrabәr olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri