16 
Sen
2020
15:35
18
47
523
Virtual karabakh

Azərbaycan gənclərinin təklifləri BMT sənədində əksini tapacaq

Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT 75 təşəbbüsü çərçivəsində təhsil mövzusuna həsr olunmuş dialoq təşkil edib. Onlayn tədbirdə iştirak edən 40-dan çox fəal gənc, o cümlədən fiziki məhdudiyyətli şəxslər, pandemiya zamanı təhsil sahəsində üzləşdikləri çətinliklər və onların həlli yolları haqqında müzakirə aparıblar.

İştirakçılar təhsilin hər bir gənc üçün əlçatımlılığını, bu sahədə texnoloji baza və təchizatın təkmilləşdirilməsini, hər kəs üçün bərabər imkanların yaradılmasını, habelə fiziki məhdudiyyətli gənclər üçün məşğulluq imkanlarının artırılmasının vacibliyini vurğulayıblar, yerli və qlobal səviyyədə görülməli işlərə dair təkliflərini veriblər.

Qeyd edək ki, bu dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan “Baxış 2045” (Vision 2045) qlobal sənədinin hazırlanmasına töhfə olacaqdır.

Bu görüşlərlə yanaşı, BMT 75 çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair öz rəy və təkliflərini bildirə bilər:

https://un75.online/?lang=aze.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri