16 
Sen
2020
18:12
22
71
1389
Virtual karabakh

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib

16 Sen, 2020
18:12
1389

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. 

ASK-nin məlumatına əsasən, vebinarda BMT-nin Qlobal Sazişinin Baş Qərərgahından, BMT-nin Rezident Əlaqələndiricisi Ofisindən və Azərbaycandan Qlobal Sazişin lider şirkəti olan SOCAR AQŞ-nin nümayəndələri iştirak edib.

İlk olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katib əvəzi Kristina Məmmədova görüşün Dayanıqlı İnkişaf Məqsədlərinin biznes mühitində daha geniş təşviq olunması, biznes iştirakçılarının bu istiqamətdə birləşərək bir-birilərinə dəstək vermələri məqsədi daşıdığını vurğulayıb.

Qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişafın prinsipləri arasında qlobal əməkdaşlığın canlandırılması mühüm yer tutur. Biznes nümayəndələrini ASK ətrafında birləşdirməklə, biznes assosiasiyaları və ictimai birliklərin fəaliyyətini daha da aktivləşdirmək çox vacibdir.

BMT-nin Qlobal Sazişinin Qərargahından olan layihə meneceri Kler Kels öz çıxışında təmsil etdiyi qurumun mövqeyini bildirərək təqdimatını BMT-nin 10 prinsipi üzərində və dayanıqlı inkişafın 17 prinsipi ətrafında ətraflı məruzə üzərində qurub. Bildirib ki, Birləşmiş Təşkilatların qlobal sazişi 2000-ci ildə o zamankı Baş Katib Kofi Annanın rəhbərliyi altında təsdiq edilib. Son 20 il ərzində 10000-dən çox biznes qurumlar bu prinsiplərə bağlı öz üzərilərinə müəyyən öhdəliklər götürüblər. Bu prinsiplər 160-dan çox ölkədə təbliğ olunur.

Daha sonra Qlobal Sazişin Lider şirkəti olan SOCAR AQŞ-nin nümayəndəsi Günay Hüseynəlizadə bu prinsiplərin şirkətin fəaliyyəti çərçivəsində vacibliyi haqqında məlumat verib.

Qlobal Sazişin Korporativ Öhdəçilik (Corporate Engagement) üzrə Baş Meneceri xanım Kler Kells Qlobal Saziş haqqında məlumat verib, Sazişə qoşulmaq qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. 10000-dən çox biznes və 3000-dən artıq qeyri-biznes təşkilatlarını özündə birləşdirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

Tədbirdə yer alan SOCAR AQŞ-nin nümayəndəsi Günay Hüseynəlizadə şirkətin dayanıqlılıq istiqamətində gördüyü işlərdən, BMT-nin Qlobal Sazişində iştirakı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərdən bəhs edib. BMT-nin Rezident Əlaqələndirici Ofisinin Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva iştirakçıların suallarını cavablandırıb və şirkətləri Sazişə qoşulmağa dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri