17 
Sen
2020
12:36
6
141
1823
Virtual karabakh

“Qış parkı”nın “Yerüstü ölümü” - VİDEO

“Qış parkı”nın yaxınlığında aparılan müşahidələr göstərdi ki, vətəndaşların bəziləri sanki həyatlarını təhlükəyə atmaq üçün tələsirlər. Günün aydın saatlarında yolu keçmək istəyən piyadaları görmək rahat olsa da, axşam saatlarında vəziyyət bir qədər dəyişir. Çünki qaranlıq saatlarda sürücülər anidən qarşılarına çıxan insanları görməkdə çətinlik çəkirlər.

Bu isə həm piyadaların həyatı üçün ciddi təhlükədir, həm də sürücülər üçün qəza şəraiti yaradır.

Baku Tv məsələylə bağlı süjet hazırlayıb.

Piyadaların özləri üçün keçid hesab etdikləri hissədən təxminən, 4-5 metr aralıda yeraltı piyada keçidi var. Lakin sakinlər bəzən səhlənkarlıqdan, bəzən də yeraltı keçidlərdəki natamam şərait səbəbindən keçiddən istifadə etmirlər.

Sakinlər bildirirlər ki, yeraltı piyada keçidlərindəki şərait də ürəkaçan deyil. Keçidlərin bəzilərindəki natəmizlik, eskalatorların tam işlək olmaması sakinlərin buradan uzaq düşməsinə gətirib çıxarır. Çünki keçiddən yalnız gənclər yox, eyni zamanda yaşlı, uşaq arabası ilə gələn valideynlər, uşaqlar da istifadə edirlər. Belə olduqda, onlar yeraltı piyada keçidindən yox, rahat hesab etdikləri “yerüstü keçiddən” istifadə edirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri