17 
Sen
2020
13:48
145
15
1870
Virtual karabakh

İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO

17 Sen, 2020
13:48
1870

İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb.

Bu barədə İmişli Rayon İcra Hakimiyyətindən bildirilib. 

Qeyd edilib ki, rayon ərazisində yerləşən Qızıltəpə adlı yaşayış məskənində arxeoloqlar tərəfindən növbəti qazıntı işlərinə başlanılıb. Qazıntı zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb.

Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: 

“Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub.

Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bundan əlavə ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Hazırda təpədə qazıntı işləri davam etdirilir və tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri