17 
Sen
2020
16:17
24
284
3645
Virtual karabakh

Məktəbdən 12 kilometr uzaq Saray sakinləri - VİDEO

17 Sen, 2020
16:17
3645

Məktəbdən 12 kilometr uzaq Saray sakinləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronun Saray qəsəbəsinin Yeni Saray məhəlləsində yaşayan sakinlərin problemləri bitmək bilmir. 

Məhəllə sakinləri yol, su, kanalizasiya kimi problemlərlə bağlı aidiyyəti qurumlardan kömək istəyirlər. 

Baku TV xəbər verir ki, sakinlərin daha bir problemi məktəbin olmaması ilə bağlıdır. 

Bu məhəllədə uşaqlar məktəbə getmək üçün gündəlik 10-12 kilometr məsafə qət etməli olurlar. 

Saray qəsəbəsi bələdiyyəsinin sədri Məhi Həsənov Baku TV-yə açıqlamasında bildirib ki, hazırda qəsəbədə üç məktəb fəaliyyət göstərir:

“Daha iki məktəbin tikintisinə isə yaxın zamanlarda başlanılacaq. Saray qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması üçün də layihə işlənilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri