18 
Sen
2020
11:19
6
149
1770
Virtual karabakh

Hacıqabulda fəhlə damdan yıxıldı

18 Sen, 2020
11:19
1770

Hacıqabulda fəhlə damdan yıxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olan zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hacıqabul rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri