18 
Sen
2020
13:36
8
119
1388
Virtual karabakh

İşıqforun ümidinə qalan piyadalar - VİDEO

18 Sen, 2020
13:36
1388

İşıqforun ümidinə qalan piyadalar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda nəqliyyatın ən sıx hərəkət etdiyi yollardan biri olan Babək prospektində yüzlərlə piyada işıqforun hansı tərəfindən keçəcəyini bilmir. 

Baku Tv xəbər verir ki, həmin yoldan istifadə edənlər deyir ki, bu ərazi vaxtilə prospektin geridönüş nöqtəsi kimi istifadə edilib. 

Yol yenidən çəkilərkən həmin geridönüş nöqtəsi ləğv edilib. İşıqfor qoyulub, piyada keçidi isə yaddan çıxıb. Sürücülərin yol məsafəsi artıb, piyadalar isə ümumiyyətlə nəzərə alınmayıb. Problemin əsası isə iki yolun tam ortasında yerləşdirilən işıqforun sürücüləri və yolun təmiri zamanı nəzərə alınmayan piyadaları çaş-baş qoymasıdır. Yəni bu işıqfora baxan sürücü də, piyada da nə etməli olduğunu bilmir. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Agentliyin sözçüsü Mais Ağayev iki gün düşündükdən sonra bizdən bir az da səbrli olmağı xahiş etdi. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri