18 
Sen
2020
15:18
5
89
1030
Virtual karabakh

Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün gündəliyi - Komitə sədri açıqladı

18 Sen, 2020
15:18
1030

Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün gündəliyi - Komitə sədri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Səhiyyə komitəsinin iclasında komitə sədri Ə.Əmiraslanov məlumat verib.

Deputat bildirib ki, həmçinin komitədə koronavirus, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək.

“Həmçinin müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq”,- deyə Ə.Əmiraslanov əlavə edib.

O, Azərbaycanda koronavirusla mübarizənin effekt verdiyindən də danışıb.

Bildirib ki, ölkədə ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir.

Deputat qeyd edib ki, yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında,  ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır.

“Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir”,-deyə Ə.Əmiraslanov əlavə edib.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri