18 
Sen
2020
15:54
27
136
4447
Virtual karabakh

Məhkəmə DTX-nin tutduğu sabiq səfirin şikayətinə baxdı

18 Sen, 2020
15:54
4447

Məhkəmə DTX-nin tutduğu sabiq səfirin şikayətinə baxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verdiyi şikayətə baxılıb.

APA-nın məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Növbəti proses sentyabrın 22-ə təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib.

Onu da qeyd edək ki, E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri