18 
Sen
2020
16:36
8
139
888
Virtual karabakh

Bu il Azərbaycanda nə qədər meşə ərazisi yanıb? - AÇIQLAMA

18 Sen, 2020
16:36
888

Bu il Azərbaycanda nə qədər meşə ərazisi yanıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il əkin sahələrində 31 yanğın hadisəsi baş verib və onların meşələrə keçməsinin qarşısı alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, ötən il 513 hektar meşə ərazisində yanğın hadisəsi olub:

“Bu il aparılan qabaqlayıcı tədbirlər nəticəsində 25 hektar meşə ərazisində yanğın olub”.

“Yanğın hadisələri zamanı əsasən kol və quru otlar yanıb, əsas meşə ərazisinə ziyan dəyməyib”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri