18 
Sen
2020
18:32
15
163
1569
Virtual karabakh

Cəlilabadda fərdi yaşayış evi yandı

18 Sen, 2020
18:32
1569

Cəlilabadda fərdi yaşayış evi yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

“Report”un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri